"Rubin" aparıcı üzvlərindən birini itirəcək
Millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi "Rubin" aparıcı üzvlərindən birini itirəcək.

Aleksandr Ryazantsev qışda Kazan klubunu tərk edəcək. O, "Zenit"ə üz tutacaq. Dekabrda Ryazantsevin "Rubin"lə müqaviləsi bitir və o, Sankt-Peterburq klubuna azad agent kimi qoşulacaq.

Xatırladaq ki, cari mövsümdə "Rubin"in heyətində 12 oyuna çıxan Ryazantsev 2 dəfə frqlənib.

Xəbər 746 dəfə oxundu.