Messi azarkeşlərinə səsləndi
"Barselona"nın futbolçusu Lionel Messi azarkeşlərinə ismarıc göndərib.

Rəsmi "Facebook" səhifəsindən ona dəstək olan insanlara təşəkkürünü bildirən argentinalı hücumçu deyib:

"Hər kəsin bildiyi kimi bir müddət forma geyə bilməyəcəm. Bu müddət ərzində zədəmi tez bir zamanda sağaltmağa çalışacam. Mənim üçün komanda ilə birlikdə olmamaq çox pisdir. Mənə qarşı olan bu dəstəyə oynadığım futbolla qarşılıq verəcəm. Hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Messi La Liqada "Betis"lə matçda zədələndiyi üçün 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.

Xəbər 1039 dəfə oxundu.