Rossi İtaliya milli komandasına kömək edə bilməyəcək
Cüzeppe Rossi İtaliya milli komandasına kömək edə bilməyəcək. Futbolçunun hərarəti qalxdığı üçün o məşqlərə də qatılmayıb. Müayinədən sonra məlum olub ki, Rossidə angina əlamətləridir. İtaliya millisinin həkimləri müalicə müddəti barədə bir söz deməyiblər. Rossinin Almaniyaya qarşı oynayıb-oynamaması cümə günü məlum olacaq.

Xəbər 888 dəfə oxundu.