Portuqaliya millisi ciddi itki ilə üzləşib
Portuqaliya millisi və Madrid "Real"ı ciddi itki ilə üzləşib.

Kriştiano Ronaldo milli komandanın məşqləri zamanı ayağından zədələnib.

Ulduz futbolçu hazırda məşqlərə qatıla bilmir. Onun zədəsini nə vaxt sağaldacağı ilə bağlı hələlik məlumat verilmir.

Qeyd edək ki, Potuqaliya Dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda İsveç millisi ilə qarşılaşacaq.

Xəbər 831 dəfə oxundu.