"Messi artıq bir nömrəli futbolçu deyil" | |
"Arsenal"ın baş məşqçisi Arsen Venger Kriştiano Ronaldo ilə Lionel Messinin builki çıxışını müqayisə edib. Təcrübəli mütəxəssis portuqaliyalı hücumçunun bu mövsüm Messini geridə qoyduğunu deyib: "Əslində kimin daha güclü olduğunu demək çox çətindir. Ancaq Messi indiyə kimi ən yaxşısı idi. Bu mövsüm Ronaldo onu keçdi. Messi artıq bir nömrəli futbolçu deyil" - deyə A.Venger bildirib. Qeyd edək ki, Ronaldo bu mövsüm ümumilikdə 24, Messi isə 14 qol vurub. |
|
Xəbər 957 dəfə oxundu. |
|
|