Cüdoçularımız qran-pri turnirinə yollanacaqlar
22-23 noyabrda Abu-Dabi şəhərində cüdoçular arasında qran-pri yarışı keçiriləcək. İdman.com.az xəbər verir ki, həmin yarışda Azərbaycan millisi də iştirak edəcək.

Məşqçilər korpusu bu sınaqda aparıcı, ölkə çempionatında fərqlənmiş cüdoçulara şans verəcək. Məqsəd, kimono ustalarımızın dünya reytinqində xallarının yaxşılaşdırılmasıdır.

Birləşmiş Ərəb Əmirliyi paytaxtına böyük heyət yollanacaq: İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi - 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstam Orucov, Vüqar Bayramov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov (100 kq), Vaxtanqi Bitiyev, Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Kifayət Qasımova (57 kq).

Qeyd edək ki, kişilər arasında ilk 22, qadınların sıralamasında 16 ən yaxşı cüdoçu olimpiya oyunlarına lisenziya qazanır.

Xəbər 2151 dəfə oxundu.