Avropa Kuboku turnirinə yekun vurulub
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Kuboku turnirinə yekun vurulub.

Qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-roma güləşi üzrə yığma komandamız Türkiyəyə 4-3 hesabı ilə qalib gəlsə də, ev sahibi Rusiyaya 3-4 hesabı ilə uduzub. Türkiyə isə öz növbəsində Rusiyadan güclü olub 4-3.

Belədə bütün komandalarda qələbə sayı eyni olduğundan, güləşçilərin qazandıqları xallar hesablanıb və yığmamız qrupda 3-cü yeri tutub.

Xəbər 876 dəfə oxundu.