İmişlidə şahmat üzrə rayon birinciliyi keçirilib
İmişli rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər Şahmat İdman Məktəbi ilə birgə 7-10 noyabr tarixlərdə “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibəti ilə 10-16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

İmişli Şahmat məktəbində 40 şahmatçı öz zehni güclərini sınayıblar.

Sonda hər yaş qrupunda yüksək yerləri tutan şahmatçılar idarəmiz tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar

Xəbər 811 dəfə oxundu.