Bekenbauer: "Messi dünyanın ən yaxşı futbolçusudur"
Almaniya futbolunun canlı əfsanəsi Franz Bekenbauer "Barselona"nın hücumçusu Lionel Messi haqda xoş sözlər deyib.

Bekenbauer Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:

"Messi dünyanın ən yaxşı futbolçusudur. Buna heç kəsin şübhəsi olmasın. Onun istedadı və vurduğu qollar izləyənləri heyran edir. O liderdir, üstəlik meydandan kənarda da çox centilmendir".

Xəbər 851 dəfə oxundu.