"Milan" baş məşqçisi ilə bağlı qərarını açıqladı
İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri postunda qalacaq.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisinin baş məşqçisi ilə yollarını ayıracağı gözlənilirdi. Lakin klubun prezidenti Silvio Berluskoni və vitse-prezident Adriano Qalliani 46 yaşlı mütəxəssisin komandada qalmasına dair qərar veriblər.

Qeyd edək ki, bu mövsüm A Seriyada 12 oyuna çıxan "Milan" klubu 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər 856 dəfə oxundu.