Ramin Əzizov: Rio olimpiadasına yol Bakı-2015-dən keçir
«Planımda dəyişiklik yoxdur. Hazırlaşıb, bütün yarışlarda maksimum nəticə qazanmaq istəyirəm». Bunu idman.com.az saytına açıqlamasında taekvondoçular arasında milli komandanın aparıcı üzvü Ramin Əzizov (80 kq) deyib. Dünya çempionatının bürünc mükafatçısının sözünə görə, hədəfi ən yüksək zirvəyə yetişməkdir:

«Reytinq xallarımı artırıb, yekunda Rio olimpiadasının qızıl medalını qazanmaq istəyirəm. Bunun üçünsə, gərək olimpiadaya vəsiqə əldə edim. Ən münasib yol Bakıda keçiriləcək 1-ci Avropa oyunlarıdır. Məqsədim, doğma divarlar arasında tarix yazmaqdır».

Xəbər 2109 dəfə oxundu.