Ronaldo və Beyl tandemi "Real"a uğur gətirir
"Real"ın futbolçuları Kriştiano Ronaldo və Qaret Beyl start heyətdə oynayarkən Madrid klubu daha üstün oyun nümayiş etdirir.

"Marca" qəzetində yer alan xəbərdə uelsli yarımmüdafiəçinin ilk on birdə forma geyindiyi matçların demək olar ki, hamısında komandanın iki qat yaxşı çıxışla yadda qaldığı bildirilib.

Beyl və Ronaldonun birlikdə çıxdığı son üç matçda "Real" hər oyuna 4 qol vurub və qapıya 12.3 dəfə zərbə endirib. Bundan öncə Madrid klubunun statistikaları hər oyuna 2.46 qol və 6.4 qapıya zərbə nisbətində idi.

Qeyd edək ki, Beyl forma geyindiyi son üç oyunda 3 qol və 3 məhsuldar ötürməsi ilə seçilib.

Xəbər 898 dəfə oxundu.