FİFA "Şəfa" stadionuna sertifikat verdi
FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim etməli olduğu barədə xəbər vermişdik.

Artıq həmin sertifikat "İnter" klubuna təqdim olunub.

Beynəlxalq standartlara cavab verən arena iki ulduzla qiymətləndirilib.

Qeyd edək ki, FİFA prezidenti Yozef Blatterin imzası ilə olan sertifikat bu gün "İnter" klubuna təqdim edilib.

Əlavə edək ki, bu sertifikat stadionun bir il müddətində beynəlxalq matçları keçirməyə imkan verir.

Xəbər 1089 dəfə oxundu.