Universal döyüşçülərimiz Anapadadırlar
Bu gün Rusiyanın Anapa şəhərində universal döyüş üzrə yeniyetmələr arasında dünya çempionatı start götürüb. Universal döyüşçülərimiz çempionatda baş məşqçi Fərhad Ocaqverdiyevin rəhbərliyi altında mübarizə aparırlar. Yarışlarda ölkəmizi müxtəlif çəkilərdə 14 idmançı – 12 oğlan və 2 qız təmsil edir. Dünya çempionatında universal döyüş üzrə beynəlxalq dərəcəli hakimimiz Elşən İsmayılov da ədaləti qoruyur.
Yarışlara sentyabrın 25-də yekun vurulacaq.

Xəbər 2592 dəfə oxundu.