Konte "Qalatasaray"la oyun günü məhkəməyə çağırıldı
"Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oynayacaqları matç günü məhkəməyə çağırılıb.

"Calcioscommese" (mərc şirkəti) məhkəməsi ilə bağlı ona rəsmi məktub gəlib. Məktubda onun noyabrın 10-da baş tutacaq məhkəmədə iştirak etməsi tələb olunub. Həmin gün "Cim-Bom"la çətin sınaq qarşısına çıxacaq Konte bu vəziyyətə təəccüblənib.

İtaliyalı çalışdırıcının hansı qərar verəcəyi maraqla gözlənilir.

Xəbər 1020 dəfə oxundu.