Kross qaçısı üzrə rayon turniri keçirilib
Noyabrın 7-də Astara şəhərində Dövlət Bayrağı Meydanından S.Vurğun – H.Əliyev prospekti marşurutu boyunca 3 km məsafəyə kütləvi kross qaçısı üzrə rayon turniri keçirilib.

170 nəfər idmançı, məşqçi və nümayəndələrin iştirakı ilə keçirilən yarışa Atletika üzrə Beynəlxalq İdman ustası F.Qafarov baş hakimlik edib.

Qızlar arasında Xalidə Mürsəlizadə ( Astara Pedaqoji Kollec), Ayişə Qeybiyeva (Şəncərədi kənd) və Mahirə Şahanzadə, oğlanlar arasında Neyməddin Qənizadə (Səncərədi kənd), Muraq Cəfərov ( Şəhər 6 saylı tam orta məktəb) və Şöhüb Şöhübzadə (Səncərədi kənd) layiq görülüblər.

Qaliblər RGİİ-nin diplom və medalları ilə təltif olunublar.

Xəbər 1913 dəfə oxundu.