Futbol turniri keçirilib
Noyabrın 6-da Bakı kəndlər futbol federasiyasının təşşəbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon bələdiyyələri arasında futbol turniri keçirilib. AzFAR MMC-nin stadionunda təşkil olunan yarışda 5 bələdiyyə üzrə 14 komanda qalib adı uğrunda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən turnirdə birinci və ikinci yerləri Binəqədi rayon bələdiyyəsinin komandaları, Biləcəri bələdiyyəsinin təmsilçiləri isə bürünc medala sahib çıxıblar.

Sonda ilk üç yeri tutan komandalar rayon Gənclər və İdman İdarəsinin diplom və kubokları ilə təltif olunublar.

Xəbər 2116 dəfə oxundu.