Ançelotti Çempionlar Liqasındakı hədəfləri haqda danışıb
"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasındakı hədəfləri haqda danışıb.

"Marca"ya danışan italiyalı mütəxəssis bildirib ki, komandasının ÇL-də yarımfinala çıxması onu qane etməyəcək: "Baş məşqçi karyeram ərzindən işlədiyim bir çox klub yarımfinala çıxıb. Ancaq mənim əsas hədəfim "Real"ın finala yüksəlməsidir".

Qeyd edək ki, Madrid klubu ötən mövsüm yarımfinalda "Borussiya" ilə qarşılaşmış və iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırmışdı.

Xəbər 908 dəfə oxundu.