Argentinalı forvard köhnə formasına döndü
"Barselona"nın forvardı Lionel Messi Çempionlar Liqasında "Milan" ilə oyundan sonra şərh verib.

Argentinalı forvard köhnə formasına döndüyünü bildirir.

"Məncə, ilk dəqiqələrdən yaxşı oynadıq. Fasilədən əvvəl qol buraxmağımız bir qədər işimizi qəlizləşdirdi. Lakin bundan sonra tam olaraq oyunu əla aldıq.

Özümü artıq yaxşı hiss edirəm. Əvvəlki formam bərpa olunur. 90 dəqiqə oynadıqda fiziki vəziyyətim də yaxşılaşır", - forvard UEFA-nın rəsmi saytına bildirib.

Xəbər 763 dəfə oxundu.