"Barselona"nın futbolçusu "Real"ın əfsanəsini geridə qoydu
"Barselona" klubunun futbolçusu Xavi Hernandez yeni rekorda imza atıb.

Dünən Çempionlar Liqasının qrup mərhələsində "Milan"la matçda forma geyən ispan yarımmüdafiəçi bu turnirdə 134-cü matçına çıxıb.

Çempionlar Liqasındakı oyunlarda 80 qalibiyyət əldə edən Xavi bu nəticə ilə "Real"ın futbolçusu Raul Qonzalesi geridə qoyaraq turnirdə ən çox qələbə qazanan oyunçu olub.

Qeyd edək ki, Xavi indiyə kimi Çempionlar Liqasının kubokunu üç dəfə qazanıb.

Xəbər 912 dəfə oxundu.