"Qalatasaray"ın 3 azarkeşi həbs olundu
Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə keçirilən oyundan sonra çıxan hadisələr səbəbiylə üç “Qalatasaray” tərəfdarı həbs olunub.

Çərşənbə axşamı günü "Parken" stadionundakı matç əsnasında “Qalatasaray”lı azarkeşlər arasında yaşanan insidentə müdaxilə etmək istəyən təhlükəsizlik əməkdaşlarına güc tətbiq edən və onları təhdid etdikləri iddiası ilə nəzarətə alınan 3 azarkeş məhkəməyə çıxarılıb.

Həbs olunan 3 azarkeş istintaqın nəticəsi bilinənə qədər Vestre həbsxanasına göndərilib. Tərəfdarlardan ikisinin Almaniyadan birinin isə Holandiyadan Danimarkaya gəldiyi öyrənilib.

Xatırladaq ki, “Kopenhagen” ilə “Qalatasaray” arasında keçirilən görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 877 dəfə oxundu.