"Borussiya" ilk dəfə məğlub oldu
Çempionlar Liqasının qrup mərhələsində dünən "Borussiya" (Dortmund) klubunun qonağı olan "Arsenal" rəqibinə bir ilki yaşatdırıb.

Sözügedən qarşılaşmada London klubu 1:0 hesablı qələbə qazanaraq birinci pilləyə yüksəlib.

Dortmund təmsilçisi bu oyunla Avropa kuboklarında ilk dəfə olaraq öz meydanında məğlub olub.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli"ni qəbul edəcək.

Xəbər 818 dəfə oxundu.