Siyəzəndə şahmat üzrə rayon birinciliyi keçirilib
Dövlət rəmzlərinin gənclər və yeniyetmələr arasında təbliği, onların vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyəsi bu gün dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bununla bağlı olaraq Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən 5-6 noyabr tarixlərində Gənclər mərkəzində yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş “Tədbirlər planı”na əsasən keçirilən birincilik iki gün davam edib.

Dövlət Bayrağı gününün qeyd olunması, rayonda şahmatın inkişafı və kütləviliyinin artırılması, potensiallı şahmatçıların aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin şahmata marağının yüksəldilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaq məqsədi daşıyan birinciliyə 40-dan çox yeniyetmə qatılıb.

Yekun nəticəyə əsasən şəhər Əliyar Heydərov (1 saylı) birinciyə, Mədət Həmdullayev ikinciyə (4 saylı), Rüstəm Əhmədov (6 saylı) isə üçüncü yerə layiq görülüb.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə təltif olunub.

Xəbər 1226 dəfə oxundu.