Subaşiç 1 saat oynadı, komandası qələbə qazandı
Türkiyə PTT birinci liqasında 12-ci turun oyunları keçirilir. Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" səfərdə "Boluspor"un qonağı olub. Matç "Orduspor"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Subaşiç 60-cı dəqiqədə yerini Alexandru İonitaya verib.

Xəbər 1112 dəfə oxundu.