Saşa Yunisoğlu son dəqiqədə "fərqləndi"
Türkiyə PTT birinci liqasında 12-ci turun oyunları keçirilir. Saşa Yunisoğlu və Arif İsayevin çıxış etdikləri "Dənizlispor" öz meydanında "Manisaspor"u qəbul edib. Zədəli olan Arifdən fərqli olaraq, Saşa meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. Oyun "Dənizlispor"un 0:1 hesablı yenilgisi ilə başa çatıb. 90-cı dəqiqədə Saşa Yunisoğlu sarı vərəqə ilə cəzalanıb.

Xəbər 872 dəfə oxundu.