Ən gəlirli olimpiada Soçidə keçiriləcək

Hələ start götürməsinə iki il qalmış Soçi Qış Olimpiya Oyunları dünya idmanı tarixinə ən gəlirli yarış kimi daxil olub. Sponsorluq yığımları artıq 1,2 milyard dolları keçib. Bu məlumat «Soçi-2011» 10-cu Beynəlxalq İnvestisiya Forumunun gedişində elan edilib. Elə orada 2014-cü il olimpiadasının təşkilat komitəsi ilə HR-xidmət sahəsində 3 lider təşkilat - "Adekko Qrup" (Adecco Group), "İqzəkt Biznes Treyninq" (Exect Business Training) və "Kelli Servisiz" (Kelly Services) müqavilə imzalayıb.

Razılaşmaya görə, "Adekko Qrup" müvəqqəti xidmət personalını seçəcək, "İqzəkt Biznes Treyninq" onların hazırlığını həyata keçirəcək, «Kelli Servisiz» isə daimi personalı seçməklə yanaşı, Olimpiya karyerası və idarəetməsi mərkəzinin formalaşdırılması ilə məşğul olacaq. Ən qısa müddətdə şirkətlər 65 min-dən artıq kadrın hazırlıq işlərini yerinə yetirməlidirlər. Ümumən Soçi olimpiadasında 150 mindən artıq insan 30-dan artıq fəaliyyət sahəsində çalışacaq.


Xəbər 988 dəfə oxundu.