Anatoli Bredovun xatirəsinə həsr olunmuş boks turniri keçirilib
Rusiya Federasiyasının Murmansk şəhəri Həmkarlar İttifaqlarının Mərkəzi Stadionunun İdman Sarayında Sovet İttifaqı Qəhrəmanı Anatoli Bredovun xatirəsinə həsr olunmuş boks turniri keçirilib.

“Ümumrusiya Azərbaycanlıları Konqresi” İctimai Birliyinin Murmansk regional şöbəsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, Zapolyarye dairəsindəki şəhərlərdən gənc və yaşlı döyüşçülər, eləcə də Kareliyadan, Sankt-Peterburqdan və Rusiya Federasiyasının Leninqrad vilayətindən qonaqlar rinqə çıxmışlar.
Yarışlara “B” dərəcəsi verilmişdir. Nəticədə birinci yeri tutmuş yuniorlar idman ustalığına namizəd normativlərini yerini yetiriblər.
Turnir çərçivəsində vilayət mərkəzinin açıq çempionatı keçirilmişdir. Yaşlı “dəri əlcək” ustaları çıxışları ilə azarkeşləri sevindiriblər.

Turnirin qalibləri arasında bizim həmvətənlərimiz də olmuşlar. 1998-1999-cu il təvəllüdlü, 57 kiloqramadək kateqoriyada idmançıların yarışlarında Rüstəm Fətullayev (Murmansk vilayətinin Monçeqorsk şəhəri), 1996-1997-ci il təvəllüdlü, 69 kiloqramadək kateqoriyada yuniorların yarışlarında isə Samir Həbibov (Murmansk vilayətinin Qacievo şəhəri) qalib gəliblər.


Xəbər 1405 dəfə oxundu.