Yığmamız beynəlxalq turnirdə iştirak edəcək
2014-cü il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnir təşkil olunacaq.

Müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Yığmamızdan əlavə, yarışda Rusiya, Moldova, Belarus, Yunanıstan, İran, Latviya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya və Sankt-Peterburq yığmaları mübarizə aparacaq.

Xəbər 944 dəfə oxundu.