İmişlidə rayon birinciliyi keçirilib
İmişli rayon Gənclər və İdman idarəsi, təhsil şöbəsi və UGİM-i ilə birgə 1-5 noyabr tarixlərdə “Bayraq günü”nə həsr olunmuş voleybol üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib.

2 saylı şəhər orta məktəbin idman zalında hər komandada 12 nəfər tərkib olmaqla 8 komanda iştirak edib.

1998-99-cu il təvəllüdlü məktəblilər arasında keçirilən bu yarışda 8 saylı birinciyə, 2 saylı ikinciyə və 3 saylı şəhər orta məktəbin komandası isə üçüncü yerə yerə layiq görülüblər.

Yüksək yerlərə layiq görülmüş komandalar idarə tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 854 dəfə oxundu.