Turnir üçün ABŞ millisinin heyəti açıqlandı
Noyabrın 12-17-də Yaponiyada qadın voleybolçular arasında “Grand Champions Cup” yarışı keçiriləcək.

Turnir üçün ABŞ millisinin heyəti açıqlanıb. Qitə çempionlarının oynayacağı yarış üçün açıqlanan 14 nəfərlik yekun siyahıda Azərbaycan Super Liqasında çıxış edən 3 voleybolçu da yer alıb. Bunlar “Lokomotiv”dən Lauren Gibbemeyer, “Rabitə”dən Kayla Banvart və Kersti Ceksondur.

Xəbər 663 dəfə oxundu.