Azərbaycan fan klublarının birinci forumu keçirilib
Noyabrın 5-də “Park Cinema - Metropark”da Azərbaycan fan klublarının birinci forumu keçirilib.

“İrəli” İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə 200-dək müxtəlif fan klubun nümayəndəsi iştirak edib.

Ölkənin aparıcı fan klublarından olan “Ultra Aslan”, “Çarşı-Bakı”, “Bakı”, “Ultra Neftçi”, “Qrin Gate-2” və digərlərinin rəhbərlərinin qatıldığı forumda tribunalarda rast gəlinən problemlər və onun həlli istiqamətində müzakirələr aparılıb. Fan klublar gələcəkdə həyata keçirəcək layihələri haqda məlumat veriblər.

Forumda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı Elnur Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Xəbər 776 dəfə oxundu.