Avro-2012-dən sonrakı ilk rəqib məlumdur

Azərbaycan milli futbol komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsindən sonra keçirəcəyi ilk hazırlıq görüşünün vaxtı müəyyənləşib. AFFA-nın rəsmi saytı bildirir ki, qurumun albaniyalı həmkarları ilə aparılmış danışıqlar müsbət nəticə verib. Razılığa görə, görüş bu il noyabrın 11-də Tiranada keçiriləcək.

İndiyə qədər yığmamız Albaniya milli komandası ilə 4 dəfə qarşılaşıb və görüşlərin 3-də rəqib qələbə qazanıb 2000-ci il fevralın 8-də Maltada təşkil olunmuş beynəlxalq turnirdə, sonra 2002-ci il martın 27-də keçirilən oyunlarda 1:0, , 2005-ci il avqustun 17-də Tiranada baş tutan oyunda 2:1 hesabı qeydə alınıb. Yalnız 2008-ci il noyabrın 19-da Bakıda millimiz rəqibinə qalib gəlməyə imkan verməyib – 1:1.

Xəbər 908 dəfə oxundu.