Ağcabədidə rayon turniri keçirilib
4-8 noyabr tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 9 noyabr –“Dövlət bayrağı günü”nə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilib.

M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin mini futbol meydançasında 108 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Dövlət bayrağı gününün qeyd edilməsi və rayonda mini futbol idman növünün inkişaf etdirilməsi olub.

Xəbər 832 dəfə oxundu.