"Qalatasaray" uduzdu, "Yuventus" "Real"la bərabərə qaldı
Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.

İlk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda "Real Sosyedad" öz meydanında "Mançester Yunayted"i, "Şaxtyor" isə "Bayer" (Leverkuzen) klubunu qəbul edib. Hər iki görüşdə hesab açılmayıb.

B qrupunda Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" klubu Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Digər oyunda isə "Yuventus" Turində "Real" (Madrid) klubunu sınağa çəkib. Maraqlı keçən oyunda qapılara dörd qol vurulub - 2:2

C qrupunun lideri Fransanın PSJ klubu "Anderlext"lə münasibətlərinə aydınlıq gətirib. Oyun 1:1 hesablı ilə başa çatıb. Digər görüşdə "Benfika" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

D qrupunun lideri "Bavariya" səfərdə Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşıb və 1:o hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Mançester Yunayted" öz meydanında CSKA-ya (Moskva) böyük hesabla qalib gəlib - 5:2.

Qeyd edək ki, ÇL-də IV tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

5 noyabr

Çempionlar Liqasının qrup mərhələsi, IV tur

A qrupu

23:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Fellaini, 90 ("Mançester Yunayted")

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:0

Xəbər 1234 dəfə oxundu.