Ronaldonu fitə basacaqlar
Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"a qarşı keçirilək matçda "Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldonun psixoloji təzyiqə məruz qalacağı gözlənilir.

"Yuventus"lu azarkeşlər sözügedən qarşılaşma ərzində portuqaliyalı hücumçunu fitə basacaqlar.

Onlar hesab edir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən ilk oyunda Ronaldonun yalandan özünü yerə yıxıb. Bundan sonra hakim "Yuventus"un futbolçusu Kelliniyə qırmızı vərəqə göstərmişdi.

Klubun fan-klubunun üzvü Lorenze Brigidi Kriştianonun hakimi aldatmasına əsəbiləşdiklərini deyib: "Bu səbəbdən o, matç ərzində fitə basılacaq. Futbol ədalətli idman növüdür. Ronaldo fenomen oyunçu ola bilər, amma "Yuventus" azarkeşi onun hərəkətini unutmayacaq".

Xəbər 820 dəfə oxundu.