Napoli indi də Barsa futbolçusuna göz dikib
"Barselona" müdafiəçisi Xavyer Maskerano karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"Napoli" klubu argentinalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin baş məşqçisi Rafael Benites sabiq futbolçusunu yanvar ayından komandasında görmək istəyir. Kataloniya klubunda güclü rəqabət olduğundan Maskeranonun "Napoli"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Maskerano 2007-2010-cu illərdə "Liverpul"da məhz Benitezin rəhbərliyi altında oynayıb.

Xəbər 911 dəfə oxundu.