Goranboyda futbol üzrə rayon birinciliyi keçirilib
1-4 noyabr tarixlərində “Dövlət Bayrağı günü”nə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.

Goranboy şəhəri mərkəzi stadionunda 88 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, yeniyetmə və gənclərin fiziki hazırlıqlarının yüksəldilməsi, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komanda idman növünün təbliği olub.

Sonda Goranboy şəhər 2 saylı orta məktəbin komandası birinci yerə layiq görülüb.

Xəbər 941 dəfə oxundu.