"Riberinin "Qızıl top" mükafatını qazanmaq şansı yoxdur"
2001-i ildə "Qızıl top" mükafatına sahib çıxan Maykl Ouen bu mövsüm üçün iki futbolçunun daha şanslı olduğunu bildirib.

İngiltərə millisinin sabiq futbolçusu bu mükafatı Kriştiano Ronaldo və ya Lionel Messidən birinin qazanacağına inandığını vurğulayıb:

"Ronaldo və Messi hazırda dünyanın ən yaxşı futbolçularıdır. "Bavariya" ötən mövsüm bütün titulları qazandı. Riberi də Münhen təmsilçisinin ən yaxşılarından biri idi və haqlı olaraq "Qızıl top" mükafatına namizəddir. Ancaq düşünürəm ki, onun bu mükafatı qazanmaq şansı yoxdur. Çünki favorit Ronaldo və Messidir".

Xəbər 878 dəfə oxundu.