Azad Rəhimov: “Real”ın məktəbi bizə fayda verəcək
Gənclər və İdman naziri Azad Rəhimov Bakıda Madrid “Real”ının sosial futbol məktəbi - “Vətən”nin açılışı barədə fikirlərini bölüşüb. İdman.com.az xəbər verir ki, Azad Rəhimov bunları söyləyib:

“Bu, hamımız üçün böyük gündür. Biz futbolun inkişafından danışarkən, ilk növbədə gənclər futbolu haqda danışırıq. Gələcək onların əlindədir. Biz həmişə kənardan köməyə şadıq. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyidir.

Biz dövlət tərəfindən, ölkə prezidenti İlham Əliyev tərəfindən hüdudsuz dəstək hiss edirik və biz bunu doğrultmalıyıq. Göstərdiyi köməyə görə Təhsil nazirliyinə təşəkkür edirəm”.

Xəbər 971 dəfə oxundu.