Klopp: “Arsenal” orkestr kimidir”
"Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Arsenal" oyunöncəsi açıqlama verib.

Britaniya mətbuatına danışan alman mütəxəssis rəqibin oyun tərzi haqda maraqlı ifadələr işlədiv. "Arsenal" bir orkestrə bənzədən Klopp deyib: "Onlar topa sahib olub, ötürmələr verərək oynamağı sevirlər. Sanki bir orkestr kimidirlər. Amma bu, yavaş bir musiqidir. Mən isə ağır metal rok sevirəm".

Qeyd edək ki, "Borussiya" - "Arsenal" matçı noyabrın 6-ı baş tutacaq.

Xəbər 1125 dəfə oxundu.