"Rəvan" "Sumqayıt"la oyunun hazırlıqlarına başladı
Topaz Premyer Liqasının 13-cü turunda "Sumqayıt”ı qəbul edəcək "Rəvan" hazırlıqlara start verib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bugünkü səhər məşqi "Bayıl Arena”da baş tutub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıqda Elvin Həsənəliyev və Aqil Nəbiyev iştirak etməyib. Səbəb futbolçuların özlərini yaxşı hiss etməməsidir. Kristian Torres ilə Rəşad Abdullayev isə fərdi məşqlərlə kifayətlənib. Əvəzində Sohib Savankulov bütün komanda ilə ümumi qrupda çalışıb. Daha çox fiziki hazırlığa yer ayrılan məşqdə Diniyev futbolçularının toplu davranışlarını təkmilləşdirməsi üçün də vaxt ayırıb.

Xəbər 920 dəfə oxundu.