Milli komandanın stadionu satışa çıxarılır
İsveç millisinin ev oyunlarını keçirdiyi "Friends Arena" stadionu satışa çıxarılacaq.

2012-ci ildə Stokholmda inşası tamamlanan stadionun satışa çıxarılmasına səbəb arenanın zərərlə işləməsədir. Bu günə qədər stadionun sahibləri 50 milyon avro ziyana düşüblər. Stadionun bu il daha 20 milyon avro zərərə düşəcəyi gözlənilir.

Qeyd edək ki, arenanın səhmlərinin 33.3 faizi İsveç Futbol Federasiyasına, 16.7 faizi isə Stokholm Solna Bələdiyyəsinə aiddir. Digər hissələr isə sponsor şirkətlərinə məxsusdur. "Friends Arena" 50 min nəfərlik insan tutumuna malikdir.

Xəbər 1189 dəfə oxundu.