Spartakiadanın final mərhələsi keçiriləcək

Sentyabrın 27-də Dövlət Müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş VI Spartakiada yarışlarının final mərhələsi start götürəcək. Spartakiadada ümumtəhsil, peşə məktəbləri və peşə liseyləri şagirdləri mübarizə aparacaqlar. 8 idman növü üzrə təşkil edilən spartakiada IV mərhələ üzrə keçirilir. Yarışların ilkin mərhələsində şagirdlər məktəbdaxili, II mərhələsində rayondaxili yarışlarda qüvvələrini sınayıblar. Spartakiadanın zona yarışları may ayında Naxçıvan MR, Şamaxı, Cəlilabad, Qusar, Sabirabad, Zaqatala, Mingəçevir, Bakı «A» və Bakı «B» zonaları üzrə III mərhələ çərçivəsində keçirilib.
Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Niftalı Quliyevin idman.com.az saytına verdiyi məlumata görə, finalda həndbol üzrə 18, basketbol üzrə 20, voleybol üzrə 25, atletika üzrə 22, stolüstü tennis üzrə 18, futbol üzrə 28 komanda mübarizə aparacaq. Boksçular və yunan-Roma güləşi üsulu ilə güləşənlər isə birbaşa final mərhələsinə dəvət olunacaqlar.

Xəbər 1080 dəfə oxundu.