“Qalatasaray”ın qapısı ona əmanət edildi
Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə matçda "Qalatasaray"da qapını qoruyacaq futbolçunun adı məlum olub.

Komandanın əsas qapıçısı Fernando Muslera "Konyaspor"la matçda zədələnib və onun bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Onun əvəzinə İstanbul klubunda 22 yaşlı Eray İşcanın Danimarka təmsilçisi ilə matçda forma geyəcəyi bildirilib.

Gənc qolkiper ilk rəsmi oyununa ötən ilin noyabr ayında çıxıb. O, Türkiyə kubokunda "Balıkesirspor"la oynanılan matçın 84-cü dəqiqəsində oyuna daxil olub. E.İşcan superliqada isə ilk dəfə komandanın "Sivassporu" 4:2 hesabı ilə məğlub etdiyi matçın 80-ci dəqiqəsində forma geyib.

Qeyd edək ki, "Cim-bom"un digər qapıçısı Ufuk Ceylanın da yüngül zədəsi var.

Xəbər 940 dəfə oxundu.