Ərdoğan Əziz Yıldırıma qarşı çıxdı
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yenidən "Fənərbaxça"nın prezidenti seçilən Əziz Yıldırımın verdiyi vədlərə kəskin etirazını bildirib.

Ərdoğan xüsusilə Ə.Yıldırımın "Fənərbank" və "Fənərlənd" layihəsinə qarşı çıxıb.

"Həm Əziz Yıldırım, həm də Mehmet Əli Aydınlar əməl edə bilməyəcək vədlər veriblər. Ə.Yıldırım bank yaradacağını deyib. Sanki bütün lazımi icazələri alıb. Bunun layihəsini hazırlamısanmı?

Sənin xeyli borcun var. Bu qədər borcun olduğu halda sənə kim bank yaratmaq icazəsi verəcək? Bank yaratmağın bir sıra mərhələləri var. Ödənilmiş sərmayənin 300 milyon lirə olması lazımdır. Sənin bu qədər pulun varmı ki, söz verirsən? Bütün rəqəmlər şişirdilib".

Xəbər 914 dəfə oxundu.