Panatinaikos - Olimpiaks matçı özünün maraqlı anları ilə yadda qalıb
Yalnız Yunanıstanın deyil, dünyanın ən əhəmiyyətli derbilərinden biri olaraq göstərilən Panatinaikos - Olimpiaks matçı özünün maraqlı anları ilə yadda qalıb.

İdman.com.az saytının məlumatına görə, Mirtoğlunun son dəqiqədəki qolu oyunun taleyini həll edib.

İkinci yarıda isə ev sahibi Panatinaikos tərəfdarının da böyük dəstəyinə arxalanaraq daha təzyiqli oynayıb. Lakin rəqibinə qol fürsəti tanımayan Olimpiakos matçın son dəqiqəsində sürətli bir hücumla önə keçməyi bacardı. Komandasının ən qolçu oyunçusu Konstantinos Mitroglu sol çaprazda qarşı-qarşıya qaldığı mövqedə komandasını 1-0 hesabı ilə önə keçirməýi bacarıb.

Sahədən 3 xalla ayrılan Olimpiaks 28 xala yüksəlməyi bacarıb və yenə də liderliyini davam etdirdi. Panatinaikos isə yalnız 14 xalla kifayətlənib.


Aynurə

Xəbər 1052 dəfə oxundu.