Messi: "Fiziki olaraq tam hazır deyiləm"
"Barselona"nın futbolçusu Lionel Messi son oyunlarda qol vurmamasının səbəbləri haqda danışıb.

Argentinalı hücumçu bu cür çıxışını fiziki cəhətdən tam hazır olmaması ilə əlaqələndirib:

"Son zamanlar zədələnməyim oyunuma da təsir edir. Fiziki olaraq tam hazır deyiləm. Ancaq oynadığım matçlar sayəsində yenidən istədiyim səviyyədə olacam".

Qeyd edək ki, Messi son olaraq La Liqanın 6-cı turunda "Almeriya" ilə matçda zədələnmişdi.

Xəbər 882 dəfə oxundu.