Ergin Ataman:"Matça yaxşı başladıq "
Qalatasaray Liv Hospital komandasının baş məşqçisi Ergin Ataman Beko Basketbol Liqasının 4-cü həftəsində 87-80 hesablı məğlub etdikləri Tofaş matçında qiymətli bir qalibiyyət aldıqlarını və rəqiblərinin yaxşı mübarizə etməsinə baxmayaraq, təcrübələri ilə matçı qazandıqlarını bildirib.

İdman.com.az saytının məlumatına görə, matçdan sonra müsahibə verən baş məşqçi

"Matça yaxşı başladıq. Sərt müdafiə edib, templi oynayaraq, matça başladığımız ilk 5lə fərqi 12-13 qədər çıxarmağa başladıq. Hal-hazırda çox məhdud rotasyonumuz var və kənardan gələn oyunçulardan istədiyimiz nəticələri ala bilmədik. Bu da mənfi bir vəziyyət meydana gəlməsinə səbəb oldu. Belə halda Tofaş komandası önə keçdi. İkinci yarı isə tamamilə eyni 5-lə oynadıq. O da bizi əlimizdəki ən yaxşı 5-lə matçı qazanma nöqtəsinə gətirdi. Nəticə olaraq bu qədər səhvlərimizdən sonra nəhayət ki, qələbə qazana bildik. "-deyə sonda bildirib.

Xəbər 1045 dəfə oxundu.