“Bavariya” bunu da bacardı
Ötən mövsüm olduğu kimi cari mövsümdə də uğurlu çıxışı ilə yadda qalan "Bavariya" "Hamburq"un 30 illik rekorduna şərik olub.

Almaniya bundesliqasında "Hoffenhaym"ı 2:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi bu qələbə ilə liqadakı məğlubiyyətsiz oyunların seriyasını 36-ya çatdırıb.

Bununla da klub 30 ildən sonra "Hamburq"un rekordunu təkrarlayıb.

Qeyd edək ki, "Bavariya" hazırda bundesliqada 29 xalla birinci pillədədir. Pep Qvardiolanın komandası oynadığı 11 matçın yalnız ikisində bir xalla kifayətlənib, digər oyunlarda isə qələbə qazanıb.

Xəbər 866 dəfə oxundu.