"Qalatasaray" "Hamburq"un futbolçusunu transfer etdi
"Qalatasaray" klubu ilk transferini reallaşdırıb.

"Hamburq"un türk futbolçusu Hakan Çalhanoğlunun qış transferi pəncərəsində İstanbul klubunun heyətinə qatılması üçün razılığa gəlinib.

19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib. Bu transfer üçün Almaniya təmsilçisinə 4 milyon avro ödəniləcək.

Xəbər 911 dəfə oxundu.